XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musisinin səviyyəsinə qalxmışlar. Yeni təmayüllərlə yanaşı, milli musiqimizin çoxəsrlik tarixi ilə bağlı püxtələşmiş janr və formaları, eləcə də xalq çalğı alətlərimiz xüsusi qayğı ilə qorunub saxlanılır. Bizə mirsa qalmış bu zəngin xəzinə XX əsr Azərbaycan musiqisinin bünövrəsi, onun müxtəlif sahələrini qidalandıran bir örnəkdir.

Dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə yanvarın 8(25)-də tamaşaya qoyulmuş "Leyli və Məcnun" muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. "Leyli və Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə (1885-1948) tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı – bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.

30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri – neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər. "Cəvahirləl Nehru", "Bela Bartok adına medal" və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir.

30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir mahnı ustaları meydana gəlir. S. Rüstəmov "Alagöz", "Qurban adına", "Gəlmədin", "Sürəyya", "Oxu tar" və s. gözəl mahnıları, "Beşmanatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyaları kimi əsərlər yaratmışdır. T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış – "Sənə də qalmaz", "Qızıl üzük", "Bəxtəvər oldum", "Bakı haqqında mahnı", "Zübeydə" və b. populyar mahnıları Azərbaycan musiqisinin mahnı yaradıcılığında gözəl nümunələrdir.

[redaktə] Azərbaycan xor musiqisi

Azərbaycan musiqisində xor musiqisinin də öz inkişaf mərhələsi və gözəl əsər nümunələri mövcuddur. Xor musiqisinin inkişafında əhəmiyyətli rol oynamış Cahangir Cahangirov (1921-1992) "Arazın o tayında" vokal-simfonik poemasının, "Füzuli" və "Nəsimi" kantatalarının, "Sabir" və "Hüseyn Cavid-59" oratoriyalarının müəllifidir. O, həmçinin "Azad" və "Xanəndənin taleyi" operaları, dram tamaşaları, kinofilmlərə musiqi, müxtəlif instrumental əsərlər bəstələmişdir.

[redaktə] Azərbaycan operettaları

Süleyman Ələsgərov (1924-2000) ilk növbədə "Ülduz", "Milyonçunun dilənçi oğlu" və digər operettaların müəllifi kimi tanınır. S. Ələsgərov "Sərvi-Xuramanım mənim", "Vətənimdir", "Neylərəm" kimi gözəl mahnı və romansların, "Bayatı-Şiraz" simfonik muğamın və b. əsərlərin müəllifidir.

[redaktə] Azərbaycan musiqisində ifaçılıq məktəbi

Azərbaycan musiqisində ifaçılıq məktəbi də xüsusi yer tutur. Milli musiqimizdə klassik opera ifaçılıq məktəbinin baniləri Şövkət MəmmədovaBülbüldür (Murtuza Məmmədov). Şövkət Məmmədova (1897-1981) milli opera səhnəmizdə çıxış edən ilk qadın müğənni olmuşdur. Bülbül (1897-1961) sənətinin möcüzəsi onun milli vokal üslubunun italyan vokal ənənələri ilə üzvi surətdə birləşməsidir. Azərbaycan vokal məktəbinin şanlı yetirmələri sırasında Firəngiz Əhmədova, Fatma Muxtarova, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Rəşid Behbudovun adları vokal sənəti tarixində, Həqiqət Rzayeva, Rübabə Muradova, Məmmədağa Muradov, Zeynəb Xanlarova muğam ifaçılığında layiqli yer tuturlar. Müasir Azərbaycan opera sənətinin ən parlaq nümayəndələri Fidan QasımovaXuraman Qasımova bacılarıdır.

[redaktə] Azərbaycan instrumental ifaçılıq sənəti

Milli mədəniyyətimizdə instrumental ifaçılıq sahəsində də parlaq nümayəndələr yetişmişdir. Azərbaycan fortepiano məktəbinin ən parlaq ulduz bir neçə beynəlxalq müsabiqələrin laureatı Fərhad Bədəlbəylidir. Azərbaycan musiqisində görkəmli yer tutmuş pianoçu Kövkəb Səfərəliyevadan (1907-1976) gələn ənənəni davam etdirmiş milli fortepiano ifaçılığının digər nümayəndələri sırasında Rauf Atakişiyev, Elmira Nəzirova, Elmira Səfərova, Simuzər Quliyeva, Zöhrab Adıgözəlzadə, gənclərdən Murad Adıgözəlzadə və b. istedadlı musiqiçiləri göstərmək olar.

Azərbaycanda skripka ifaçılığının mahir nümayəndələri sırasında isə Azad Əliyev, Sərvər Qəniyev kimi ifaçılar nəinki